
BAKI, 14 aprel. TELEQRAF
Rumıniya Parlamenti Senatının sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Teleqraf xəbər verir ki, ziyarətçilər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əkilil qoyub. Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.