BAKI, 12 aprel. TELEQRAF

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov maldivli həmkarı Abdulla Xəlillə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.

Görüşdə iqtisadiyyat, ticarət, energetika, humanitar sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Həmçinin regional və beynəlxalq təşkilatlar, o cümlədən İƏT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəylik qeyd olunub.