BAKI, 17 may. TELEQRAF

Hazırda Fransanın Yeni Şəhərsalma Gündəliyi çərçivəsində əsas prioritetləri şəhərlərin iqlim dayanıqlığının gücləndirilməsi, həssas qrupların sosial inklüzivliyinin artırılması, aktiv mobilliyin inkişafı və yerli maliyyələşmənin təkmilləşdirilməsidir.

Teleqraf xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında çıxışında deyib.

O qeyd edib ki, Avropa səviyyəsində şəhərsalma ilə bağlı təşəbbüslər prosesi davam etdirmək üçün ümumi bir yanaşma formalaşdırsa da, qəbul edilmiş öhdəliklərin icrasında çatışmazlıqların qalması təəssüflüdür:

“Avropa İttifaqına üzv dövlətlər mənzilə çıxışın asanlaşdırılması və investisiya mərkəzləşməsinə qarşı mübarizədə özlərini üstün mövqedə göstəriblər”.