BAKI, 3 sentyabr. TELEQRAF

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qəbul olmaq üçün 18 086 şəxs ixtisas seçimi edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, müsabiqə nəticəsində univeristetlərin boş qalan (1760 yer) plan yerlərinə 390 nəfər (o cümlədən 167 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16244 nəfər qəbul olub.

"Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

Qəbul
planı

Qəbul olunub

Qəbulolma faizi

Vakant yerlərin

sayı (faizi)

Azərbaycan bölməsi

Rus
bölməsi

Bölmələr
üzrə cəmi

Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar

17543

14873

616

15489

88.29

2054 (11.71)

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar

932

700

55

755

81.01

177 (18.99)

Cəmi

18475

15573

671

16244

87.92

2231 (12.08)

Sentyabrın 4-də günün ikinci yarısı ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı “Abituriyent” jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent” jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq", - məlumatda qeyd olunub.