BAKI, 21 avqust. TELEQRAF
Rusiya Ədliyyə Nazirliyi jurnalistlər Natalya Kiseleva və İqor Sadreevi, həmçinin "The Village" və "Kinopoisk" qəzetlərinin və "Mediazona" onlayn nəşrinin keçmiş baş redaktoru Miloslav Çemodanovu xarici agentlər reyestrinə əlavə edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyinin saytında məlumat verilib.
Hər üç jurnalist "dövlət orqanlarının qəbul etdiyi qərarlar və onların həyata keçirdiyi siyasət barədə yalan məlumat yaymaqda, o cümlədən Rusiya Federasiyasında fəaliyyəti arzuolunmaz hesab edilən beynəlxalq təşkilatların materiallarının hazırlanması və geniş ictimaiyyətə çatdırılmasında iştirakda" ittiham olunurlar.
Yeni agent siyahısında həmçinin siyasi xadim Aleksandr Litreyev və politoloq Vsevolod Bederson da var.