BAKI, 21 avqust. TELEQRAF
Xocavənddə minaya düşən traktorçunun vəziyyəti açıqlanıb.
Teleqraf-ın Qarabağ bürosunun TƏBİB-ə sorğusuna cavab olaraq bildirilib ki, Xocavənd rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan 1 nəfər (kişi) 21.08.2026-cı il tarixində saat 14:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
25.07.1983-cü il təvəllüdlü şəxsə başın, boynun, üzün sol yarısının, yuxarı ətrafın və budun çoxsaylı qəlpə yaraları diaqnozu təyin olunub.
Pasiyentə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
18:16
Xocavənd rayonunun Düdükçü kəndi ərazisində mina partlayışı hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.
Sumqayıt şəhər sakini 1983-cü il təvəllüdlü Şirinov Ramal Qiyas oğlunun minatəmizləmə fəaliyyəti başa çatmayan ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı Şirinov Ramal müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.