BAKI, 16 iyun. TELEQRAF

2026-cı ilin may ayında aylıq sosial müavinət və təqaüd alanların sayı 888 178 nəfər olub.

Bu barədə Teleqraf-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Onların 480 601 nəfərini aylıq sosial müavinət, 407 577 nəfərini isə təqaüd alanlar təşkil edib.