BAKI, 11 sentyabr. TELEQRAF

"İcma əsaslı qruplarda yerlərin sayı 36 minə çatdırılıb. Məqsəd təhsili uşağın yaşadığı yerə yaxınlaşdırmaqdır".

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov
təhsil işçilərinin sentyabr konfransında deyib.

O qeyd edib ki, daha çox uşağı məktəbəqədər təhsilə cəlb etmək üçün tətbiq edilən üçüncü model xüsusilə ayrıca bağça infrastrukturu olmayan və ya mövcud bağçanın tələbatı qarşılamadığı kənd və ucqar yaşayış məntəqələri üçündür.

"Burada məqsəd yeni böyük infrastruktur yaratmadan təhsili uşağın yaşadığı yerə yaxınlaşdırmaqdır. İcma əsaslı qruplarda yerlərin sayı 23 mindən 36 minə çatdırılıb. Bu da layihənin tarixində ən yüksək göstəricidir”, - o əlavə edib.