BAKI, 14 iyun. TELEQRAF

Dövlət Sərhəd Xidmətinin birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Mərasimlərdə hərbi rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilib.

Dövlət Himninin ifa edilməsi ilə başlayan mərasimlərdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər gənc əsgərlərə nümunəvi hərbi qulluqçu kimi dövlətə, xalqa və tariximizin ən böyük sərkərdəsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə sadiq, cəsur, nizam-intizamlı olmağı, vətən sərhədlərini göz bəbəyi kimi qorumağı, qarşıya qoyulmuş tapşırıqları şərəflə yerinə yetirməyi arzulamış, sərhədçi peşəsini dərindən mənimsəməyərək nümunəvi xidmət etməyi tövsiyə ediblər.

Gənc əsgərlər təntənəli şəkildə Hərbi Anda gətirildikdən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramı tədbir iştirakçılarına çatdırılıb.

Tədbirdə Vətənə, dövlətə sədaqət andı içərək sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini üzərlərinə götürən gənc əsgərlərin Hərbi Anda, dövlətə, xalqa və Ali Baş Komandana daim sadiq qalacaqlarına, Vətən sərhədlərini göz bəbəyi kimi qoruyacaqlarına əminlik ifadə olunaraq onlara müvəffəqiyyətlər arzulanıb.

Mərasim zamanı valideynlərlə görüş keçirilib, onları maraqlandıran suallar cavablandırılıb.

Andiçmə mərasimi gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.