BAKI, 26 may. TELEQRAF
Son nəticəyə əsasən, Azərbaycanda 6 milyon 332 min 229 şəxs seçicilər siyahısına daxil edilib.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın iclasında deyib.
Sədr müavini qeyd edib ki, siyahıya daxil edilən vətəndaşların 47,59%-ni kişilər, 52,41%-ni isə qadınlar təşkil edir. R.Qasımov seçicilərin yaş təsnifatına da toxunaraq bildirib:
"Ölkə üzrə ən yüksək seçici fəallığı və sayı 30-50 yaş qrupunda qeydə alınıb ki, bu da olduqca müsbət və sevindirici bir göstəricidir. Ümumi dinamikaya nəzər saldıqda, əvvəlki illərlə müqayisədə seçici sayında 0,48% artım müşahidə olunur".