Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.
Teleqraf xəbər verir ki, Ermənistana 8 vaqon (479 ton) dizel yanacağı göndərilib.
Həmçinin Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
6 vaqondan ibarət, çəkisi 402 ton olan gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Xatırladaq ki, indiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4000 ton gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.