BAKI, 9 may. TELEQRAF

“Qarabağ məsələsi Ermənistan üçün tələ idi”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Spiker bildirib ki, bu tələ Ermənistanın heç vaxt müstəqil ola bilməməsi üçün qurulmuşdu.

Simonyan qeyd edib ki, artıq həllini tapmış bu məsələ ona qarşı təsir-təzyiq vasitəsi kimi Azərbaycan üçün də tələ olub.

“Qarabağ hərəkatı”nın səhifəsi artıq bağlanıb, bu məsələyə bir daha qayıtmamalıyıq. Bu, yeganə düzgün yoldur”, - Ermənistan parlamentinin sədri əlavə edib.