BAKI, 9 may. TELEQRAF

“Faşizm üzərində Qələbənin 81-ci ildönümü münasibətilə xalqımızı təbrik edirik. Azərbaycan xalqı İkinci Dünya müharibəsində böyük fədakarlıq göstərib, ön və arxa cəbhədə faşizm üzərində qələbəyə mühüm töhfə verib”.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin faşizm üzərində qələbənin ildönümü münasibətilə sosial şəbəkə hesabında paylaşımında qeyd olunub.

"Müharibə zamanı həlak olan həmvətənlərimizin əziz xatirəsini yad edir, veteranlarımıza möhkəm cansağlığı və uzun ömür arzulayırıq", - paylaşımda qeyd olunub.