BAKI, 8 may. TELEQRAF
Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsində növbəti vətəndaş qəbulu baş tutub.
Bu barədə Teleqraf-a komitədən məlumat verilib.
Qəbul zamanı Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov tərəfindən paytaxt sakinlərinin tikintiyə və istismara icazələrin verilməsi prosesi, şəhərsalma nəzarəti və şəhərdə aparılan tikinti və yenidənqurma layihələri ilə bağlı sualları və müraciətləri dinlənilib, həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə bağlı tövsiyələr və aidiyyəti üzrə göstərişlər verilib.