BAKI, 6 may. TELEQRAF

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanının nəticələri iştirakçıların şəxsi kabinetlərinə yerləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə "Yüksəliş" müsabiqəsi məlumat yayıb.

Bildirilib ki, 8551 namizəd Analitik təhlil imtahanında iştirak hüququ qazanıb.

"İştirakçılar imtahan nəticələri ilə bağlı hesabatla tanış olmaq üçün şəxsi kabinetə daxil olaraq İdarə panelindəki “Hesabatlar” bölməsinə keçid edə bilərlər.

Qeyd edilib ki, Ümumi biliklər imtahanında 60 və daha yüksək bal toplamış 8551 namizəd müsabiqənin növbəti mərhələsi olan Analitik təhlil imtahanında iştirak hüququ qazanıb.

İmtahan nəticələri ilə bağlı apellyasiya müraciəti etmək istəyən iştirakçılar nəticələrin elan olunduğu saatdan etibarən 24 saat ərzində şəxsi kabinetdə idarə panelinin “Apellyasiya” bölməsinə daxil olaraq müraciət göndərə bilərlər.

Daxil olmuş apellyasiya müraciətlərinə növbəti 3–5 iş günü ərzində baxılacaq. Apellyasiya qaydaları ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://yukselish.az/documents", - məlumatda qeyd olunub.