Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi tərəfindən “Kibertəhdidlər və görünməz hücumlardan qorunma üzrə maarifləndirmə” layihəsinin icrasına başlanılıb.

Rəqəmsal texnologiyaların həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə kibertəhdidlər də sürətlə artmaqdadır. Fişinq hücumları, sosial mühəndislik üsulları və fərdi məlumatların oğurlanması halları artıq geniş istifadəçi kütləsini əhatə edir və ciddi risklər yaradır.

Layihənin əsas məqsədi fərdi məlumatların qorunması və məxfilik hüquqları ilə bağlı ictimai məlumatlılığı artırmaq, xüsusilə gənclər və İKT istifadəçiləri arasında kibertəhlükəsizlik bilik və bacarıqlarını inkişaf etdirməkdir.

Layihə çərçivəsində Bakı şəhərində müxtəlif hədəf qrupları üçün praktiki və interaktiv təlimlərin təşkili nəzərdə tutulur. Təlimlər iştirakçılara gündəlik rəqəmsal riskləri tanımaq və onlardan effektiv şəkildə qorunmaq bacarıqları qazandıracaq.

Layihə 2026-cı ilin may ayında start götürüb və 3 ay müddətində davam edəcək.

Bu gün kibertəhlükəsizlik artıq texniki məsələ deyil, sosial məsuliyyət məsələsidir. Məqsədimiz insanlara yalnız riskləri göstərmək deyil, həm də onları bu risklərə qarşı hazırlıqlı etməkdir.