BAKI, 9 iyul. TELEQRAF
Hazırda Bakı yollarındakı vəziyyət açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, hazırda aşağıdakı yollarda sıxlıq müşahidə olunur:
1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
2. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
3. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
4. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.