BAKI, 10 iyul. TELEQRAF
İspaniyanın Almeriya əyalətində baş verən meşə yanğını nəticəsində azı 12 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Məlumatına görə, yanğın iyulun 9-da başlayıb.
Nəşr yazır ki, avtomobil magistralının yaxınlığında elektrik kabelinin qırılaraq yerə düşməsi yanğına səbəb ola bilər. Alov qısa müddətdə ətrafdakı meşə sahəsinə yayılıb.
Hazırda yanğının söndürülməsinə fövqəladə xidmət əməkdaşları və xüsusi təyinatlı hərbi bölmələrin də daxil olduğu təxminən 300 nəfər cəlb edilib.