BAKI, 4 may. TELEQRAF
"Televiziya sahəsi mənimçün yeni deyil. AzTV və İTV-nin London bürolarında işləmişəm, media təcrübəm var".
Bunu Teleqraf-a açıqlamasında "Space" televiziyasının yeni rəhbəri Ayaz Mustafayev bildirib.
"Hədəfimiz böyükdür. İşə bu gün başlamışam. Planlar barədə danışmaq hələ tezdir. Amma televiziya elə bir məkandır ki, hər hansı yeniliyi onsuz da gizlətmək mümkün deyil. Baş verənləri, dəyişiklikləri hər kəs dərhal görür, izləyir. Düşünürəm ki, fərq yarada biləcəyik" - deyə yeni sədr qeyd edib.
"Space" TV-nin hazırkı kollektivi ilə işləyəcəksinizmi" sualını yeni sədr belə cavablandırıb: "Peşəkarlara üstünlük verəcəyik. Uğur qazanmaq üçün komandanın peşəkarlığı vacibdir".
Qeyd edək ki, A.Mustafayev bu gün Space TV-nin direktoru vəzifəsinə təyin edilib.