GƏNCƏ, 10 iyul. TELEQRAF
Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
2010-cu il təvəllüdlü Ə. Süleymanov bud nahiyəsindən bıçaq xəsarəti alıb. İlkin məlumata görə, hadisəni onun həmyaşıdı A. Axundov törədib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.