BAKI, 10 iyul. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Bakı Regional Mərkəzi və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qüvvələri tərəfindən 3 əməliyyat keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2-si uşaq olmaqla 3 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib.
Bundan başqa, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bərdə şəhərində 1 nəfərin barmağında üzüyün sıxışıb qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.