BAKI, 16 fevral. TELEQRAF

Dünyanın populyar "X" sosial şəbəkəsinə girişdə problem yaranıb.

Teleqraf xəbər verir ki, çoxsaylı istifadəçilər ana səhifənin və girişdən sonra lentin yenilənmədiyini bildirir.

Problem həm mobil tətbiqdə, həm də personal versiyalarda müşahidə olunduğu bildirilir.

İstifadəçilər yazıların yüklənmədiyini və "yeniləmə" funksiyasının işləmədiyini qeyd edirlər. Problemin qlobal və ya regional olub-olmadığı məlum deyil.

Platformadan rəsmi açıqlama verilməyib.