BAKI, 16 fevral. TELEQRAF

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə müalicə aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun bu ilin yanvar ayı üzrə hesabatında qeyd olunub.

Bildirilir ki, Respublika Narkoloji Mərkəzində 283, QİÇS-lə Mübarizə Mərkəzində 299, Sumqayıt Narkoloji Mərkəzində 122 nəfər, ümumilikdə 704 xəstə müalicə alır.