BAKI, 11 fevral. TELEQRAF

Qobustan rayonunda nənə və nəvə dəm qazından zəhərlənərək ölüb.

Teleqraf-ın xəbərinə görə, 2013-cü il təvəllüdlü Mədətov Gülmalı Rəşad oğlu və nənəsi Mədətova Qızbacı Sedəli qızının Qobustan rayonu, Qobustan şəhəri, Əliyev prospekti, ev 73 ünvanında yaşadıqları evdə dəm qazından zəhərlənərək ölüblər.

Faktına görə Qobustan rayon prokurorluğunda araşdırma aparılır.