BAKI, 4 aprel. TELEQRAF
Böyük Britaniya sakinlərinin əksəriyyəti ölkənin ABŞ ilə həddindən artıq yaxın münasibətlər qurduğunu düşünür.
Teleqraf xəbər verir ki, bu nəticə "YouGov" şirkətinin "The Times" qəzetinin sifarişi ilə keçirdiyi sorğuda əksini tapıb.
Araşdırmaya görə, respondentlərin 43 faizi Londonun Vaşinqtonla həddindən artıq yaxınlaşdığını hesab edir. Bu göstərici 2025-ci ilin aprel ayı ilə müqayisədə 9 faiz bəndi artıb. Sorğu iştirakçılarının 18 faizi əks mövqe sərgiləyib, 29 faizi isə mövcud münasibətlərdən razı olduğunu bildirib.
Eyni zamanda, Avropa İttifaqı ilə münasibətlərə dair sualda fərqli nəticə ortaya çıxıb. Respondentlərin 57 faizi Brüssel ilə əlaqələrin daha da gücləndirilməsini dəstəkləyib, 12 faizi isə buna qarşı çıxıb.
Məlumata görə, sorğuda iştirak edənlərin yalnız 14 faizi Böyük Britaniya ilə ABŞ arasında xüsusi münasibətlərin hələ də mövcud olduğunu düşünür. 60 faiz isə bu münasibətlərin artıq keçmişdə qaldığını hesab edir.
Bundan əlavə, Böyük Britaniya kralı III Çarlzın ABŞ-yə planlaşdırılan dövlət səfəri ilə bağlı da fikirlər bölünüb. Respondentlərin 42 faizi səfərin keçirilməsini dəstəkləyib, 45 faizi isə onun ləğv olunmasının tərəfdarı olub.