BAKI, 10 fevral. TELEQRAF
Sabunçu rayonunun eyniadlı qəsəbəsinin Rəşid Məcidov küçəsi 12, ünvanında kanalizasiya suları həyətlərə dolub.
Bu barədə Teleqraf-a yerli sakinlər məlumat veriblər.
Onların sözlərinə görə kanalizasiyanın daşmasına səbəb yeraltı boruların sıradan çıxmasıdır.
Qeyd olunan ünvanda yaşayan Anar Şahverdiyevin dediyinə görə, əlaqədar qurumların hərdənbir apardıqları təmir işləri müvəqqəti xarakter daşıyır: "Təmirdən bir neçə gün sonra problem yenidən təkrarlanır. Daşan çirkab sular küçənin çökək yerlərində yığılır".
Sakinlər dəfələrlə müraciət etsələr də, hər dəfə eyni cavabl alırlar; ərazidə kanalizasiya xətləri yenidən qurulacaq, layihə hazırlanır.
Layihənin isə nə vaxt hazır olacağı bilinmir.