BAKI, 10 fevral. TELEQRAF
Kustar üsulla hazırlanmış, müəyyən standartlara cavab verməyən qurğular qeydiyyata alınmır. Eyni zamanda bizim tərəfdən istismarına icazə verilmir.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı zamanı agentliyin rəisi Vüsal Ağayev bildirib.
Onun sözlərinə görə, yanacaqdoldurma məntəqələri də təhlükə potensiallı obyekt hesab olunur və onları yoxlanılır:
"Ötən il 1016 yanacaqdoldurma məntəqəsində (YDM) monitorinq aparılıb. 35 YDM-in istismarı məhdudlaşdırılıb, 33-nün fəaliyyətində cərimə tətbiq edilib".