BAKI, 27 yanvar. TELEQRAF

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə nazirliyin Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad edilərək Mərkəzin direktor müavini təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, nazirin digər əmri ilə Səhiyyənin Təminat Mərkəzinin direktoru vəzifəsinə Etibar Muradov təyin edilib.