BAKI, 12 yanvar. TELEQRAF
Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqının ödənilməsi qaydası təsdiqlənib.
Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Müvəqqəti fəaliyyət göstərən xüsusi icra məmurlarının xidmət haqqı aşağıdakı məbləğlərlə müəyyən olunur:
- Qanunun 34.2-ci maddəsində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 10 faizi və ödənilmiş əlavə icra haqlarının 20 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının 80 faizi) miqdarında;
- Qanunun 35.1-ci və 35.2-ci maddələrində nəzərdə tutulan hallarda əvəzetmə müddəti ərzində tutulmuş standart haqların sabit hissəsinin 15 faizi və ödənilmiş əlavə icra haqlarının 30 faizi (əvəzetmə müddəti ərzində icraatına başlanılmış və həmin müddətdə icrası tam təmin edilmiş icra sənədləri üzrə əlavə icra haqlarının tamamı) miqdarında;
- Qanunun 36.1-ci maddəsində nəzərdə tutulan hallarda fəaliyyətin hər tam ayı üçün 2,500 manat miqdarında, lakin 3 aydan çox olmamaqla.