BAKI, 6 yanvar. TELEQRAF

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin əmri ilə Elmar Allahverdiyev Agentliyin Bitki sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri - respublikanın baş dövlət fitosanitar müfəttişi təyin edilib.

Bu barədə Teleqraf-a agentlikdən məlumat verilib.

Qeyd edək ki, E.Allahverdiyev aqrar elmlər üzrə fəlsəfə doktorudur. O, Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunda mexanik, böyük laborant, təsərrüfat işləri üzrə qrup rəhbəri, təsərrüfat işləri və istehsalat üzrə direktor müavini vəzifələrində çalışıb.

E.Allahverdiyev 2018-ci ildən İnstitutun İdarə heyətinin sədri vəzifəsində çalışıb. İnstitutda müasir laboratoriya, seleksiya və toxumçuluq sisteminin yaradılmasına rəhbərlik edib.