BAKI, 23 dekabr. TELEQRAF
"Zəngəzur dəhlizi son dərəcə strateji bir layihədir. Bu dəhliz təkcə Azərbaycan, Naxçıvan və Türkiyə arasında əlaqə yaratmır, eyni zamanda Türkiyə ilə Azərbaycan vasitəsilə türk respublikaları və Avropa dövlətləri arasında daha güclü iqtisadi və logistik bağların formalaşmasına xidmət edəcək".
Teleqraf xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz jurnalistlərə açıqlamasında deyib.
"Bu dəhlizin infrastrukturunun bir an əvvəl tamamlanması bütün bölgənin rifahına və sabitliyinə mühüm töhfə verəcək. Əlbəttə ki, Qarabağın işğaldan azad edilməsi və işğalın sona çatması ilə formalaşan sülh mühitinin, hazırlanmış yol xəritəsi çərçivəsində möhkəmlənməsini arzulayırıq.
Sülh şəraiti və güclü infrastruktur layihələri sayəsində Cənubi Qafqaz daha inkişaf etmiş və sabit bir bölgəyə çevriləcək",- deyə o, əlavə edib.