BAKI, 30 oktyabr. TELEQRAF
Nəzarət tədbirləri çərçivəsində Türkiyəyə ixrac üçün nəzərdə tutulan ümumi çəkisi 163,4 ton alma məhsulu partiyalarından Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub.
Teleqraf xəbər verir ki, bu barədə AQTA məlumat yyaıb.
Bildirilib ki, “Fueqo” MMC-yə və fiziki şəxs Həsənov İlkin Cahan oğluna məxsus olub.
Sınaq nəticəsində pestisid qalığının normadan artıq olduğu aşkarlanıb.
Məhsul partiyaları Türkiyə Respublikasının idxal tələblərinə, o cümlədən ölkəmizdə qüvvədə olan pestisid qalığı normalarına cavab vermədiyi üçün ixracına icazə verilməyib, məhv və ya utilizasiya edilməsi barədə qərar qəbul olunub.