BAKI, 8 oktyabr. TELEQRAF

Ağdamda evdə baş verən yanğın zamanı xəsarət alan 60 yaşlı qadın xəstəxanada ölüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, oktyabrın 2-də rayonun Quzanlı qəsəbəsində 3 otaqlı evdə baş verın yanğın zamanı yanıq xəsarəti alan 1965-ci il təvəllüdlü İsmayılova Zibeydə Qənimət qızı ikinci dərəcəli xəsarəti ilə xəstəxanaya yerləşdirilimişdi.

Bu gün o, Bakıda xəstəxanada vəfat edib.

Qeyd edək ki, yanğında Zübeydə İsmayılovanın 2013-cü il təvəllüdlü nəvəsi Nəzrin İsmayılova birinci dərəcəli yanıq xəsarətləri alaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi ev şəraitində davam etdirilir.