BAKI, 7 dekabr. TELEQRAF
İsrail Prezidenti İsaak Hersoq ABŞ lideri Donald Trampın Baş nazir Benyamin Netanyahuya mərhəmət göstərilməsi ilə bağlı müraciətini yerinə yetirməkdən imtina edib.
Teleqraf xəbər verir ki, bu barədə Hersoq "Politico" nəşrinə açıqlama verib.
“Prezident Trampın dostluğunu və fikrini dəyərləndirirəm, lakin İsrail suveren dövlətdir”, — deyə o bildirib.
Qeyd olunur ki, Benyamin Netanyahu barəsində davam edən məhkəmə prosesləri fonunda prezident İsaak Hersoqa “bağışlanma” barədə vəsatət təqdim etmişdi.