YEVLAX, 8 dekabr. TELEQRAF

Yevlaxda baş verən qəzada dörd nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan"Mitsubishi" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarında olan dəmirə çırpılıb.

Qəza zamanı 52 yaşlı Vüqar Şamilov, 40 yaşlı Amilə Gülmalıyeva, 72 yaşlı Firuzə Bayramova və 19 yaşlı Aytac Bayramova müxtəlif dərəcəli xəsarət alıb. Onlar Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.