BAKI, 8 dekabr. TELEQRAF
Saratov hava limanında uçuşların qəbulu və çıxışına müvəqqəti məhdudiyyətlər tətbiq edildi.
Teleqraf xəbər verir ki, Saratovun “Qaqarin” beynəlxalq hava limanında hava gəmisinin qəbulu və buraxılışına müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bu barədə məlumatı Rosaviatsiya yayıb.
Qurumun açıqlamasında bildirilib: “Uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmisinin qəbulu və buraxılması üzrə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.”
Hazırda təyyarə heyətləri, dispetçerlər və hava limanı xidmətləri uçuş təhlükəsizliyinin təmin edilməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər.
Qeyd edək ki, bundan əvvəl oxşar məhdudiyyətlər "Penza" və "Tambov" hava limanlarında da tətbiq edilmişdi.