BAKI, 7 dekabr. TELEQRAF

Benində baş verən dövlət çevrilişi cəhdi ilə bağlı 14 nəfər həbs edilib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, hökumətin mətbuat katibi Vilfrid Leandre Houngbedji həbs olunanlar barədə əlavə detallar verməyib.

Xatırladaq ki, 7 dekabrda bir qrup hərbçi Benində milli televiziyanın qərargahını ələ keçirmiş, ölkə sərhədlərini bağladıqlarını və Konstitusiyanı, bütün siyasi institut və partiyaları dayandırdıqlarını elan etmişdi.