BAKI, 8 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Vaşinqtonun Ukrayna münaqişəsinin nizamlanmasına dair təqdim etdiyi 28 bəndlik sülh planı Rusiyanı ümumilikdə qane edir.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Kennedi adına İncəsənət Mərkəzində jurnalistlərlə söhbəti zamanı bildirib:
“Düşünürəm ki, Rusiyanı bu təklif qane edir”, - deyə o qeyd edib.
ABŞ noyabr ayında Ukrayna üzrə 28 bəndlik plan təqdim etmişdi. Sənəd Kiyev və Avropa tərəfdaşlarında narazılıq yaratmış, onlar layihəni ciddi şəkildə dəyişməyə çalışmışdılar.
23 noyabrda ABŞ və Ukrayna arasında Cenevrədə məsləhətləşmələr keçirilib. Daha sonra Tramp bildirmişdi ki, plan Moskva və Kiyevin mövqeləri nəzərə alınmaqla yenilənib və yalnız bir neçə mübahisəli məsələ qalıb.