BAKI, 8 dekabr. TELEQRAF
Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani Qəzza ilə bağlı danışıqlarda vəziyyətin kritik nöqtəyə çatdığını və davam edən atəşkəs rejiminin daimi sülh istiqamətində sürətli irəliləyiş olmazsa çökə biləcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Doha Forum 2025 çərçivəsində çıxış edərkən bildirib.
Şeyxin sözlərinə görə, Qəzzada mövcud vəziyyət tam atəşkəsdən çox, müvəqqəti pauza xarakteri daşıyır. O vurğulayıb ki, tam atəşkəs yalnız İsrail ordusunun tam geri çəkilməsi, stabil mühitin bərpası, Fələstinlilərin sərbəst hərəkətinin təmin edilməsi ilə mümkündür.
Baş nazir tərəfləri danışıqların növbəti mərhələsinə təcili keçməyə çağırıb.