BAKI, 8 dekabr. TELEQRAF
Nigeriya Hərbi Hava Qüvvələri uğursuz çevriliş cəhdindən sonra Beninə hava kəşfiyyatı aparmaq üçün qırıcı təyyarə göndərib.
Teleqraf xəbər verir ki, bu barədə "Vanguard" qəzeti təhlükəsizlik xidmətlərindəki mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Nigeriya qırıcısı artıq Benin hava məkanında patrul uçuşlarına başlayıb.
Mənbələrin sözlərinə görə, bu addım regiondakı potensial təhlükələri qiymətləndirmək və Nigeriyanın milli maraqlarını qorumaq üçün preventiv tədbir kimi atılıb.
“Təyyarə artıq Beninə göndərilib. Nigeriya vəziyyəti diqqətlə izləyir və mümkün riskləri qiymətləndirir. Bu, hücum əməliyyatı deyil, yaranmış vəziyyətə strateji reaksiyadır”, - qəzet Nigeriyanın təhlükəsizlik orqanlarındakı yüksək vəzifəli mənbədən sitat gətirir.