BAKI, 7 dekabr. TELEQRAF
Formula 1 üzrə 2025-ci il mövsümünün dünya çempionu müəyyənləşib.
Teleqraf xəbər verir ki, titulu “Maklaren”in pilotu Lando Norris qazanıb.
Bu, onun karyerasındakı ilk dünya çempionluğudur.
Norris turnirin son mərhələsi olan Əbu Dabi Qran-Prisində üçüncü pilləni tutaraq ümumi turnir cədvəlində “Red Bull”un pilotu, son və 4 qat dünya çempionu Maks Ferstappeni 2 xal qabaqlayıb.
Qeyd edək ki, Lando Norris Formula 1-də 2019-cu ildən çıxış edir.