BAKI, 8 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Venesuela rəhbəri Nikolas Maduronu narkotik qaçaqmalçılığı və kütləvi miqrasiyaya görə ittiham etməklə yanaşı, ölkəyə qarşı hərbi əməliyyat ehtimalını gündəmdə saxlayır.
Teleqraf xəbər verir ki, analitiklər xəbərdarlıq edirlər ki, Vaşinqtonun mümkün zərbələri Venesuelada yeni qaçqın böhranını alovlandıra bilər.
CNN-in məlumatına görə, Niskanen Mərkəzinin yeni modeli ABŞ-nin məhdud hərbi zərbələrinin belə, ölkə daxilində qısamüddətli qarşıdurma baş verəcəyi təqdirdə 1,7-3 milyon nəfərin ölkəni tərk etməsinə səbəb ola biləcəyini göstərir. Uzunmüddətli daxili müharibə ssenarisində bu rəqəm 4 milyondan çox ola bilər.