BAKI, 7 dekabr. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Nyu-Yorkda İsrail və Qətər nümayəndələri arasında gizli görüş keçirəcək.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı iki mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail nümayəndə heyətinə “Mossad” kəşfiyyat xidməti rəhbəri David Barnea başçılıq edəcək, Qətər tərəfi isə yüksək vəzifəli rəsmi tərəfindən təmsil olunacaq.

Portalın qeyd etdiyi kimi, görüşün əsas mövzusu Qəzza sektorundakı vəziyyət və HƏMAS-ın silahsızlandırılması məsələsi olacaq.