TBİLİSİ, 5 avqust. TELEQRAF

Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən bildirilib.

Tərəflər iki ölkə arasında gənclər siyasətinin inkişafı sahəsində mövcud əməkdaşlığın möhkəmləndirilməsi perspektivlrəini müzakairə ediblər.

Görüşdə Gürcüstan və Azərbaycan gənclər arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb, gənclərin birgə layihələrinin həyata keçirilməsi məsələsinə toxunulub.

Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycan gənclərinin Anakliyada düşərgəyə cəlb edilməsi ölkələr arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində daha bir mühüm addımdır.

Sonda tərəflər gənclər arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsinə tam hazır olduqlarını bildiriblər.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycanın Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin müdiri Ramil Cabbarov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xəlilov iştirak ediblər.