BAKI, 16 aprel. TELEQRAF

Ermənistan xalqı istəsə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində namizəd ola bilərəm.

Teleqraf xəbər verir ki, bunu Gümrü şəhərinin yeni meri Vardan Qukasyan 2026-cı ildə baş nazir postuna namizədliyinin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.

“Xalq hesab eləsə ki, siz o məsuliyyəti öz üzərinizə götürün, bunu eləməyə hazıram”, - mer bildirib.

Xatırladaq ki, Ermənistan Kommunist Partiyasının üzvü olan Qukasyan bu gün Gümrü Şəhər Şurasının yeni üzvlərinin səsverməsində şəhərin meri seçilib.

Ermənistan Baş naziri Nikol Paşinyanın partiyası şəhər meriyasına keçirilən seçkilərdə məğlub olub.