BAKI, 16 aprel. TELEQRAF

Baş nazir Nikol Paşinyan Ermənistanda separatçı “Qarabağ hərəkatı”nın davam etdirilməsinə qarşı çıxıb.

Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbətində deyib.

Paşinyan jurnalistin Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın Qarabağın siyasi gündəmə qaytarılması ilə bağlı bəyanatını belə şərh edib:

“Mən o bəyanatlara hələ o bəyanatlar verilməmişdən əvvəl cavab vermişdim ki, Ermənistanda “Qarabağ hərəkatı” davam etməyəcək”.

Ermənistan baş naziri sabiq prezidentin onu hakimiyyəti qəsb etməsi ilə bağlı açıqlamasına da münasibət bildirib:

“Serj Sərkisyan getsin, görsün o vaxt nə deyirdi”.