
BAKI, 1 aprel. TELEQRAF
Birinci Qarabağ müharibəsinin şəhidi Elçin Əliyevin anası Əliyeva Zeynəb Həsənəli qızı vəfat edib.
Bu barədə Teleqraf-a Cəlilabad Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fizuli Cəfərov məlumat verib.
Mərhum Cəlilabad rayonunun Boyxanlı kəndində dəfn olunub.
Qeyd edək ki, Əliyev Elçin Təvəkkül oğlu 1994-cü ildə şəhid olub.