BAKI, 28 mart. TELEQRAF

Gəncədə ağır yanıq xəsarətləri alan şəxs ölüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, su qızdırıcısının partlaması nəticəsində ağır yanıq xəsarətləri alan 57 yaşlı Əli Xudiyev xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Xudiyev bu gün Gəncədəki tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilmişdi.