
BAKI, 28 mart. TELEQRAF
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda Ramazan bayramı namazının vaxtını açıqlayıb.
Teleqraf-ın xəbərinə görə, QMİ sədri bildirib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı martın 30-u saat 08.00-a Təzəpir məscidində isə 09.00-a təyin edilib.
"Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq", - A.Paşazadə vurğulayıb.
Qeyd edək ki, Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramıdır.