BAKI, 28 mart. TELEQRAF

Dünən Yasamal rayonunda yaşayış olan evi sökən “Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Teleqraf xəbər verir ki, o, söküntü işləri ilə bağlı açılan cinayət işi çərçivəsində istintaqa cəlb edilib.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Qeyd edək ki, Bakının Yasamal rayonu Alatava ərazisində tikinti şirkəti sakinlərin razılığı olmadan evin bir hissəsini dağıdıb. Nəticədə evin pəncərəsi dağılıb, mənzilə ciddi ziyan deyib

Bundan başqa, söküntü işləri aparan şirkətin iş icraçısı və ekskavator sürücüsü saxlanılıb, cinayət işi açılıb.